Bakıda rabitə kabeli oğurlayan dəstə tutuldu
02 mart 2024 11:26 (UTC +04:00)

Bakıda rabitə kabeli oğurlayan dəstə tutuldu

Bakının Yasamal rayonunda 3200 manatlıq rabitə kabeli oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

# 2973
avatar

Oxşar yazılar