Bakı sakininə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Rəşad Almazov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.