Xəzər rayonunun Buzovna, Binə və Şağan qəsəbələri ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısını alıb və obyektlər sökülüb.




