Bakıda qadın narkotacir saxlanıldı
04 iyun 2022 12:33 (UTC +04:00)

Bakıda qadın narkotacir saxlanıldı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Nigar Bağırova saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 200 qramdan artıq metamfetamin və 1 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.

# 1908
avatar

Mehman Nəbiyev

Oxşar yazılar