Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sanqaçal qəsəbəsində qeydə alınıb.
90-FD-955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirdiyindən idarəetmədən çıxaraq yol kənarında hərəkətdə olan piayadanı vurub, sonra isə digər 3 maşına çırpılıb.
Təxminən 30 yaşında olan piyada hadisə yerində dünyasını dəyişib.