Bakıda motosiklet avtomobilə çırpıldı, 1 nəfər... -FOTO
10 iyun 2023 03:44 (UTC +04:00)

Bakıda motosiklet avtomobilə çırpıldı, 1 nəfər...-FOTO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Həsən bəy Zərdabi prospektində qeydə alınıb. 
Motosiklet sürücüsü idarəetməni itirərək minik vasitəsini "Mercedes" markalı avtomobilə çırpıb. Hadisə nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Əraziyə çağırılan təcili tibbi yardım avtomobilində xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib. Daha sonra yaralı xəstəxanaya aparılıb.

Fakt araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488
avatar

Oxşar yazılar