Bakıda mərc oyunları məntəqəsi qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 3-də rayon ərazisində yerləşən bir mərc oyunları məntəqəsindən 4478 manat pul, bir restorandan isə pul və 2 ədəd mobil telefon oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Elvin Hümbətov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.