Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildən 3300 manat dəyərində səsboğucusunun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Əfqan Dünyamalıyev və Zaur Mədətzadə saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.