Bakıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu körpüsünün yaxınlığında qeydə alınıb. 35 yaşlı Əsədov Elnur Nuru oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada 67 yaşlı Abbasova Mehriban Cilovxan qızını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb.