Bakıda maşın piyadanı vurub ÖLDÜRDÜ
07 mart 2024 09:20 (UTC +04:00)

Bakıda maşın piyadanı vurub ÖLDÜRDÜ

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA sosial evlərinin yaxınlığında qeydə alınıb.

Tuncay Qasımbəylinin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil piyada 1967-ci il təvəllüdlü Şakir Müzəffərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

# 2547
avatar

Fidan İlqar

Oxşar yazılar