Bakıda maşın aşdı, mühərrik yağı yola dağıldı-FOTO
26 oktyabr 2022 03:51 (UTC +04:00)

Bakıda maşın aşdı, mühərrik yağı yola dağıldı-FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı maşını idarə edən sürücü yüksək sürətlə yolayrıcındakı beton arakəsməyə çırpılıb.

Nəticədə avtomobilin mühərrik yağı yola dağılıb.

Bununla da nəqliyyat vasitəsi dövrə vuraraq aşıb.

Hadisə nəticəsində sərnişin xəsarət alıb və sürücü hadisə yerini tərk edib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1563
avatar

Oxşar yazılar