Bakıda mağazadan oğurluq etmək istəyənlər tutuldu
18 aprel 2023 10:39 (UTC +04:00)

Bakıda mağazadan oğurluq etmək istəyənlər tutuldu

0

Bakıda mağazadan oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 17-də saat 4.13-də Nərimanov rayonu ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan  mağazaların birindən Nərimanov rayon Mühafizə İdarəsinə  həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən 2 nəfər saxlanılıb. Onların Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko olmaları məlum olub.

Hər iki şəxs araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1726

Oxşar yazılar