Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2022-ci ilin noyabr ayından bu il aprelin 15-dək olan müddətdə 20.000 manat dəyərində ərzaq mallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin mağazada satıcı işləyən Abşeron rayon sakini Zahir Allahyarov saxlanılıb.
Araşdırma aparılır.