Bakıda liftdə faciəli hadisə baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.