Bakıda külək  məktəbin damını   APARDI
04 aprel 2022 16:46 (UTC +04:00)

Bakıda külək məktəbin damını APARDI

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtdakı 278 saylı orta məktəbin dam örtüyü zədələnib.

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb sonuncu dəfə 2008-ci ildə təmir olunub:

“Dam örtüyündə fəsadların yaranması barədə aidiyyəti qurumlara məlumat verilib. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Onu da qeyd edək ki, hava şəraiti ilə əlaqədar paytaxtın digər məktəblərində hər hansı ciddi hadisə baş verməyib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1949

Oxşar yazılar