Bakının Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, ümumi sahəsi 35 m² olan mənzilin mətbəxində 3 p.m mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.
Yüksək temperaturdan lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.