Bakıda kafedə kütləvi dava olub.
Lent.az-ın məlumatına görə, paytaxtın Yasamal rayonunda yerləşən "Pub"da baş verən davanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, yayılan görüntülər araşdırılır:
"Hadisə ərazi polis orqanında araşdırılır. Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".