Bakıda itkin düşən 3 qızdan biri sığınacağa yerləşdirildi - YENİLƏNİB
25 mart 2025 15:30 (UTC +04:00)

Bakıda itkin düşən 3 qızdan biri sığınacağa yerləşdirildi - YENİLƏNİB

Bakıda evdən çıxıb bir daha geri qayıtmayan üç azyaşlı rəfiqədən biri hələ də tapılmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yeniyetmə qızın valideynləri onun tapılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.

Xatırladaq ki, evdən çıxaraq geri qayıtmayan üç azyaşlı rəfiqədən biri martın 23-də, digəri isə martın 24-də tapılıb.

Bakıda itkin düşən üç azyaşlı rəfiqədən birinin sığınacağa yerləşdirildiyi məlum olub.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "oxu.az"a bildirib ki, azyaşlı martın 24-də sığınacağa gətirilib:

"Azyaşlı qız valideynin (ana) istəyi ilə hüquq-mühafizə orqanlarının iştirakı ilə sığınacağa yerləşdirilib. Təxminən 7-10 gün onun uyğunlaşma dövrüdür. O, adaptasiya olduqdan sonra reabilitasiyaya uyğunlaşacaq. Uşaqla iş aparmaq bizim vəzifəmizdir. Biz də bu istiqamətdə iş aparırıq".

***

24 mart, saat 12:35

Bakıda itkin düşən 3 rəfiqənin ikisi tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, itkin düşmə kimi axtarışa elan edilmiş yeniyetmələrdən daha biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, rəfiqələrdən biri dünən polis tərəfindən tapılıb. Hazırda digər bir nəfərin də tapılması üçün axtarışlar davam etdirilir.

Xatırladaq ki, Bakıda 3 qızın itkin düşməsi ilə bağlı xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2248

Oxşar yazılar