Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25 mart 2024 12:41 (UTC +04:00)

Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər

Bakıda itirilmiş bank kartından alış-veriş edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 22-də Bakı şəhər sakini olan bir nəfər bank kartını itirməsi və həmin kartdan 200 manat dəyərində alış-veriş edilməsi barədə Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şühəli bilinən əvvəllər məhkum olunmuş Niyaməddin Hüseynov müəyyən ounaraq saxlanılıb.

Araşdırma aparılır.

# 40320
avatar

Oxşar yazılar