Bakıda İsrail səfirliyinə qarşı terrorun qarşısı alındı - İRAN İZİ
17 noyabr 2023 11:45 (UTC +04:00)

Bakıda İsrail səfirliyinə qarşı terrorun qarşısı alındı - İRAN İZİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İsrailin Bakıdakı səfirliyinə hücumun qarşısını alıblar.

Lent.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilib ki, İran əsilli olduğu güman edilən silahlı şəxs İsrailin Azərbaycandakı səfirliyinə daxil olmağa cəhd göstərib, lakin Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qarşısı alınıb. O, həbs edilib və dörd ay müddətinə nəzarət altına alınıb.

Mənbə: Ynetnews.com

***

saat 09:12

Bakı şəhəri Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

Lent.az xəbər verir ki, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10323
avatar

Oxşar yazılar