Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var -FOTO
10 iyun 2022 02:27 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var -FOTO

0

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Biləcəri qəsəbəsində “Mercedes” markalı minik maşının sürücüsüsü Yəhya Hüseynov küçəsindən çıxaraq Rəşid İsmayılovun adını daşıyan yola çıxmaq istəyib. Həmin vaxt Rəşid İsmayılov küçəsində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək köməkçi yoldan çıxan “Mercedes”ə çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan sərnişin xəsarət alıb.

Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
 

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1908

Oxşar yazılar