Bakı İstintaq təcridxanasına narkotik vasitələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cavadova Mahirə Nadir qızının üzərinə baxış keçirilib. Bu zaman əl çantasında olan ənlik fırçasının içərisində gizlədilmiş ümumi çəkisi 2,341 qram olan narkotik vasitə - “Heroin” və kristal formada olan maddənin ümumi çəkisi 1,157 qram “Amonyum Sulfat” aşkar edilib.
Həmçinin Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Vəliyev Hüseyn Vəlixan oğlunun üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,05 qram olan narkotik vasitə - “Metamfetamin” aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Narkotik gizlədilən əşya