Bakıda gənc oğlan bıçaqlandı, vəziyyəti ağırdır
15 iyul 2022 01:10 (UTC +04:00)

Bakıda gənc oğlan bıçaqlandı, vəziyyəti ağırdır

0

Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə “Kubinka”kimi tanınan ərazidə baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü İslamov Murad İlqar oğlu tanışı ilə söyüş üstündə dava edib. 

Dava zamanı M.İslamov bədənin müxtəlif sahələrindən kəsilmiş-deşilmiş xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Nurlan Əli
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1756

Oxşar yazılar