Bakıda gəmi YANIR   - YENİLƏNİB
31 iyul 2024 09:44 (UTC +04:00)

Bakıda gəmi YANIR - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. 

Keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

06:56

Bakıda gəmidə yanğın olub.

Lent.az xəbər verir ki, hadisə "Qərbi çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayıb.

Hadisə baş verən gəmidə olan şəxslər digər gəmi vasitəsilə təxliyə edilib. Gəminin mexanikinin yanıq xəsarətləri aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar