Bakıda yeniyetmə qız qazdan boğulub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
14 yaşlı Z. Mehdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Mərhumun orta məktəbdə təhsil aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.