Bakıda əməliyyatda yaralanan polislərdən biri öldü  - FOTO
06 avqust 2021 00:25 (UTC +04:00)

Bakıda əməliyyatda yaralanan polislərdən biri öldü - FOTO

Bakıda qumbara partlaması nəticəsində yaralanan polislərdən biri dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib.

Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov ölüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan polis kapitanı Elçin Səfərov bu gün bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. polis kapitanı Elçin Səfərov

# 8595
avatar

Oxşar yazılar