Bakıda dənizdə batan 33 yaşlı kişinin meyiti tapıldı -YENİLƏNİB
30 iyul 2021 19:28 (UTC +04:00)

Bakıda dənizdə batan 33 yaşlı kişinin meyiti tapıldı -YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun axtarışları başa çatıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, X.Xankişiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

14:33

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

# 2682
avatar

Oxşar yazılar