Bakıda dava: 1 nəfər reanimasiyaya  yerləşdirildi
19 may 2022 06:00 (UTC +04:00)

Bakıda dava: 1 nəfər reanimasiyaya yerləşdirildi

0

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə  Ramiz Quliyev küçəsində yaşanıb.

1979-cu il təvəllüdlü Əhmədzadə Əsəd Azər oğlu tanıdığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, sol budun və kürəyinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralı cərrahi əməliyyat olunaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1926

Oxşar yazılar