Bakıda binanın həyətində meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində baş verib.
Baxşəliyev Firidun İdiş oğlunun meyiti burada idman qurğularının yanında aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.