Bakıda bağ evində meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "Albalılıq" yaşayış massivində qeydə alınıb.
Orada yaşayan Əsgərov Süleyman Bayram oğlunun meyiti yaşadığı bağ evində aşkar edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.