Bakıda avtoqəza:  Xəsarət alan var - FOTO
07 iyul 2021 03:32 (UTC +04:00)

Bakıda avtoqəza: Xəsarət alan var - FOTO

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Sabit Orucov və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Arif Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobil kəsişmədən keçərkən Feyruz Əsədlinin idarəetməsində olan “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində A.Rzayev xəsarət alıb.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

# 1746
avatar

Oxşar yazılar