Bakıda avtomobil toya gələn qonaqların  avtomobillərinə çırpıldı   - FOTO
01 iyul 2022 01:05 (UTC +04:00)

Bakıda avtomobil toya gələn qonaqların avtomobillərinə çırpıldı - FOTO

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib.

“Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisəni törədən “Hyundai”-ın sürücüsü hadisə yerindən uzaqlaşıb.

Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hazırda hadisəyə səbəb olan “Hyundai”-ın sürücüsü axtarışdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Oxşar yazılar