Bakıda avtomobil  ÇUXURA DÜŞDÜ   - FOTO
07 iyul 2022 04:56 (UTC +04:00)

Bakıda avtomobil ÇUXURA DÜŞDÜ - FOTO

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil yol kənarında su borularının yenilənməsi üçün qazılan xəndəyə düşüb.

Avtomobil çuxurdan kran vasitəsilə çıxarılıb.

Sürücü ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1590
avatar

Oxşar yazılar