Bakıda avtobus qəzaya uğradı - YARALILAR VAR
07 iyul 2021 06:09 (UTC +04:00)

Bakıda avtobus qəzaya uğradı - YARALILAR VAR

Bakının Sabunçu rayonunda avtobus yük avtomobili ilə toqquşub.

APA xəbər verir ki, yol qəzası Pirşağı qəsəbəsi ərazisində baş verib.

173 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Ford” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 1994-cü il təvəllüdlü Məmmədov Vüqar Asəf oğlu, 1986-cı il təvəllüdlü Qasımov Rahil Alıca oğlu və 1999-cu il təvəllüdlü Quliyev Şahin Rasim oğlu ağır bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar