Bakıda avtobus 10-dan çox  maşını əzdi, biri yandı - FOTO
05 avqust 2024 09:28 (UTC +04:00)

Bakıda avtobus 10-dan çox maşını əzdi, biri yandı - FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-ni mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə zamanı “TOYOTA CAMRY” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, sosiual şəbəkələrdə yayılan məlumata görə, məlum qəzada avtobus 10-dan çox maşını əzib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

Oxşar yazılar