Paytaxtın Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında qadın və azyaşlı uşağı küçədə yaşayır.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, ana və övladı ərazidəki zibillikdə gecələyirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər barəsində araşdırma aparılır:
“Həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi təmin olunacaq”.