Bakıda 3000 manatlıq naqil oğurlandı
29 yanvar 2024 12:13 (UTC +04:00)

Bakıda 3000 manatlıq naqil oğurlandı

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidəki bir yarımtikilidən 3000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Musayev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

Arzu Qurbanlı

Oxşar yazılar