Bakıda 10 min manatlıq  oğurluq
19 mart 2024 12:53 (UTC +04:00)

Bakıda 10 min manatlıq oğurluq

Qaradağda 10 min manatlıq oğurluq olub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Ruslan Mahmudlu saxlanılıb.

Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması da müəyyən edilib.

# 1938
avatar

Oxşar yazılar