Bakı-Quba yolunda yük maşınları toqquşdu
04 fevral 2023 16:18 (UTC +04:00)

Bakı-Quba yolunda yük maşınları toqquşdu

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində baş verib:

“Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı yük avtomobili ilə “KamAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır".

# 1776
avatar

Oxşar yazılar