Bakı metrosunda ÖLÜM
24 yanvar 2024 14:58 (UTC +04:00)

Bakı metrosunda ÖLÜM

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb.

Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.
Allah rəhmət eləsin.

# 2982
avatar

Fidan İlqar

Oxşar yazılar