Bakı kəndlərində evləri qarət edənlər tutuldu
08 may 2024 14:18 (UTC +04:00)

Bakı kəndlərində evləri qarət edənlər tutuldu

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Murad Əliağazadə müəyyən olunaraq saxlanılıb. 

Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən Hikmət Sədullayev isə Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar