Rusiyanın Perm vilayətində iki qanunsuz pavilyon məhkəmənin qərarı ilə sökülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, onlar şəhərin Sənaye Məhəlləsində yerləşirdilər və sahibi əslən azərbaycanlı qadındır. Rayon rəhbərliyi məhkəməyə müraciət edib.
“Bir neçə il əvvəl bir qadın yaşayış binasının sahiblərindən qonşu ərazinin bir hissəsini icarəyə götürmək üçün razılıq aldı. Onları inandırdı ki, yalnız bir köşk üçün yer olacaq. Lakin bu məqsədlər üçün ayrılmış yerdə birdən-birə iki pavilyon peyda oldu, müxtəlif vaxtlarda "Tərəvəz və meyvələr", "Vape Shop", "Tərəvəz və Meyvə" lövhələri asıldı” - bu məlumatı Perm diyarı üzrə Federal Məhkəmə İcraçıları Xidməti yayıb.
Məhkəmə üçün həlledici amil çoxmənzilli binanın yaxınlığındakı torpaq sahəsində köşklərin yerləşdirilməsinin yanğın təhlükəsizliyi qaydalarını pozması olub. Bu isə yerli sakinlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Sahibkar pərakəndə satış pavilyonlarını vaxtında söküb.