Azərbaycanlı "oğru"nun qarşısında diz çökdülər: "Ocaq"da ŞOK OLAY
02 fevral 2021 18:00 (UTC +04:00)

Azərbaycanlı "oğru"nun qarşısında diz çökdülər: "Ocaq"da ŞOK OLAY

Moskva vilayətinin Odintsovo şəhərində  kriminal aləmdə “Albert Rıji” kimi tanınan “qanuni oğru” Əli Heydərovun 40 yaşı qeyd olunub.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, ad gününün keçirildiyi “Ocaq” restoranına yığışan kriminal avtoritetlər “Albert” üçün sürpriz ediblər.

Belə ki bir mərasimə dəvət olunan bir neçə artist yubiley gecəsində xüsusi təyinatlılara aid forma geyərək onun qarşısında diz çöküblər. Onların bu hərəkəti “Albert Rıjı”nın xoşuna gəlsə də, Rusiya güc strukturlarını bərk qəzəbləndirib.

Xatırladaq ki, Əli Heydərov bir vaxtlar Rusiya kriminal aləmin “xaç atası” sayılan “Ded Xasan”ın klanına daxil olub. Məhz  “Ded Xasan”  2012-ci ildə ona “qanuni oğru” adını verib. Qeyd edək ki, adıgedən restoran Moskva vilayətində yaşayan azərbaycanlı iş adamlarından birinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20511
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar