Azərbaycanlı milyonçu bloqqer Subo (əsl adı Sübxan Məmmədov Murad Oğlu) 70 il müddətinə Rusiyaya giriş qadağan edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun Rusiya vətəndaşlığından məhrum edilməsinə və ölkəyə girişinə qadağa qoyulmasına səbəb polis əməkdaşları və hərbçilərlə bağlı videolar olub. Onların nədən ibarət olduğu bilinmir.
26 yaşlı Subo Rusiyada onlayn oyunbaz kimi şöhrət qazanıb - o, yoldan keçənlərlə təxribat xarakterli videolar çəkib. Daha sonra o, “kripto investorları” reklam edib və bu yaxınlarda abunəçilər arasında müsabiqə keçirib. Müsabiqənin qalibinə 7% pay vəd olunsa da, mətbuatın yazdığına görə, qalib heç nə almayıb.
Yoxlama nəticəsində məlum olub ki, Məmmədov Rusiya vətəndaşlığı üçün müraciət edərkən yalan məlumat verib. İndi onun ancaq Azərbaycan vətəndaşlığı var.