Azərbaycanlı iş adamının oğlu bələdiyyə sədrini döydü - VİDEO
05 iyun 2024 16:37 (UTC +04:00)

Azərbaycanlı iş adamının oğlu bələdiyyə sədrini döydü - VİDEO

Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Megionun bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki məhkəmə binasında döyüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmə iclasından sonra tərəflər söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb və kiçik Quliyev güclü bir zərbə ilə Qoliki divara çırpıb. 

Ailədən dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iş cinayət işinə çevrilib. Məlumatı Qolik özü də təsdiqləyib və döyülmə anını lentə alıb hüquq-mühafizə orqanlarına məlumat verib.

Qeyd edək ki, məhkəmə 2023-cü ilin fevralında Qoliklə sahibkar Quliyevin övladları arasında baş vermiş davaya baxıb. Belə ki, azərbaycanlı gənclər Qolikə zəng ediblər. Lakin o, hamamda olduğu üçün zəngə cavab verə bilməyib. Zəng zamanı evdə yatan şəxs oyanıb və buna görə Qolik azərbaycanlı gənclərdən birini vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3660
avatar

Oxşar yazılar