Azərbaycanın sabiq daxili işlər naziri vəfat edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, sabiq daxili işlər naziri Abdulla Allahverdiyev Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Abdulla Allahverdiyev Ağstafa rayonunun Dağ Kəsəmən kəndində doğulub. O, 1993-cü il aprelin 16-dan iyunun 17-dən Azərbaycanın daxili işlər naziri olub.
A. Abdullayevdən sonra daxili işlər naziri vəzifəsini keçmiş OMON komandiri Rövşən Cavadov icra edib.
Onu da qeyd edək ki, A.Allahverdiyev Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.