Ağstafa rayonunda yeniyetmə su kanalında boğulub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
16 yaşlı rayon sakini Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimən zaman boğulub.
Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.