Gəncədə azyaşlı qız zəhərlənib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
14 yaşlı Aysel Süleymanova yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.