Türkiyədə küçədə kişinin başına beton parçası düşüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hakkari şəhərində baş verib. 5-ci mərtəbədən beton parçası qoparaq yoxuşla qalxan 31 yaşlı Məhəmməd Kahramanın başına düşüb. Nəticədə o, ağır xəsarətlər alaraq, ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, M. Kahraman Azərbaycanda əczaçılıq fakültəsini yenicə bitirib.