Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO
15 oktyabr 2022 21:10 (UTC +04:00)

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO

Tanınmış idman yazarı Şakir Yaqubov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib.

O, 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.

Əməkdar jurnalist Şakir Yaqubovun vəfatı ilə əlaqədar Mətbuat Şurası başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4346

Oxşar yazılar